Kriminal

Bakıda marketlərə divan tutulur - FOTO

26 Fevral 2015 17:25
1 Şərh     Baxış: 12 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Oğurluq Köhnə Günəşli qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən "Telman" marketdən edilib.

Dükanın arxa tərəfindənki nəfəslikdən gecə saatlarında marketə daxil olan oğru (oğrular) əllərinə keçəni aparıblar. Spirtli içkilər, siqaretlər, salfet, toyuq əti məhsulları, kolbasa sosislər. Kassaya da "baş vuran" qarətçilərin oradan əllərinə bir şey keçməyib.



 

Belə ki, satıcı kassadakı pulları götürüb.

Bununla kifayətlənməyən oğrular yaxınlıqdakı "Topaz" məntəqəsinə də "baş çəkiblər".

Lakin burada obyekt sahibinin kassanı "təmizləməsi" səbəbindən əlləri boşa çıxıb.
 

Maraqlı məqam ondan ibarətdir ki, oğurluq baş verən gecə ərazidə işıqlar söndürülüb.

Sakinlər qeyd edirlər ki, ərazidə işıqlar çox nadir hallarda söndürülür. Təsadüfdürmü? Hər halda araşdırılası məqamdır.

"Azərişıq" ASC-nin Xətai rayon Satış və İstismar İdarəsindən Milli.Az-a bildirildi ki, dünən gecə saatlarında həmin ərazidə qəza baş verib. Belə ki, yüksək gərginlikli xətdə açılma olub.
 

Köhnə Günəşli qəsəbəsində market qarəti artıq adi hala çevrilib. Son bir neçə gündə həmin ərazidə 3 dükan qarət edilib.

Marketin biri isə günün günorta vaxtı satıcını hədələməklə baş verib.


Xətai rayonu 35-ci polis bölməsindən Milli.Az-a bildirilib ki, bütün hallarla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Oğurluqlarla bağlı hələ ki saxlanılan yoxdu.

Bölmədən bu gün günorta saatlarında Köhnə Günəşlidə dükanlardan birində daha bir oğurluq hadisəsi baş verdiyini dedilər. Lakin onlar digərlərindən fərqli olaraq ələ keçiblər.  

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.