Kriminal

Dəhşətli cinayətin baş verdiyi motel bağlanacaq

19 Fevral 2015 13:42
0 Şərh     Baxış: 3 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masazır qəsəbəsində yerləşən, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən "Romi" moteli bağlana bilər

Bu barədə məlumatı AzNews.az saytına Abşeron Rayon Polis İdarəsindən veriblər. Məlumata görə, oteldə fevralın 16-da baş verən qətl hadisəsindən sonra araşdırmalara başlanılıb.

Bildirilib ki, hazırda "Romi" fəaliyyətini davam etdirsə də, araşdırmalar bitdikdən sonra, çox güman ki, onun fəaliyyətinə yasaq qoyulacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən moteldə dəhşətli qətl hadisəsi qeydə alınıb. Biləcəri qəsəbə sakini Zöhrab İsmayılov keçmiş həyat yoldaşı Vəfa Abdullayevanın başını kəsərək öldürüb.

Onu da xatırladaq ki, AzNews.az 08.02.2015-il tarixində "Azərbaycanda əxlaqsızlıq yuvalarıyla dolu kənd" adlı fotoreportaj təqdim etmişdi. Həmin reportajda Masazırda yerləşən motel-otel adı altında fəaliyyət göstərən fahişəxanaların fəaliyyətindən bəhs edilmişdi. Müxtəlif cinayətlərin baş verdiyi bu motellər arasında "Romi"nin də adı var idi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.