Kriminal

"Milliön"ü pulqarışıq oğurladılar - FOTO

31 Yanvar 2015 12:18
1 Şərh     Baxış: 1 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xudatda oğurluq olub.

Regional TV (Region TV) xəbər verir ki, Heydər Əliyev küçəsində yerləşən, Xudat şəhər sakini, 1953-cü il təvəllüdlü Abdullayev Nəriman Mustafa oğluna məxsus mağazadan içərisində 2000 manat olan "Milliön" ödəmə aparatı oğurlanıb.

Mağaza sahibinin sözlərinə görə, oğrular müşahidə kamerasına düşməmək üçün işıqları söndürüb, mağazanın arxa tərəfindən içəri daxil olublar. Onlar həmçinin mağazadan xeyli miqdarda siqaret və araq da aparıblar.

Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.