Kriminal

Cəlilabad sakinini arvadının yanında döyüb bıçaqladılar - YENİLƏNİB - FOTO

31 Yanvar 2015 11:27
1 Şərh     Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:27

Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, M. Mürsəlova xəsarət yetirən şəxslərin kimliyi  məlum olsa da  faktla bağlı hələlik heç kim saxlanmayıb. Cinayətkarların istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

----------
09:24

Qızının ad gününü keçirməyə hazırlaşan rayon sakini hücuma məruz qalıb.

Ötən gün axşam saatlarında Cəlilabad rayonunun Göytəpə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Anspress-in verdiyi məlumata görə, qızının ad gününə hazırlaşan Göytəpə sakini, 37 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə marketdən bazarlıq edib geri qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb.

Yaralı dərhal yaxınlarının köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə qaldırılıb.

Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.