Kriminal

Şəkidə kişini qanına qəltan etdilər

30 Yanvar 2015 17:41
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün saat 16:00 radələrində Şəkidə bıçaqlanma hadisəsi baş verib.

Kanal S-in (Region TV) məlumatına əsasən, xəstəxanadan verilən məlumata görə Şəkinin Kiş kənd sakini, 1963-cü il təvvəllüdlü Kərimov Kənan Kamal oğlu kəsilmiş-deşilmiş bədən xəsarətləri ilə xəstəxanın reanimasiya şöbəsinə daxil olub. Xəstəxandan verilən məlumata görə, xəsarət alan şəxsin vəziyyəti orta-ağır hesab edilir.

Hadisənin dəqiq olaraq hansı səbəblərdən baş verdiyi hələlik bilinmir. Faktla əlaqədar Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırmalar aparılır. Hadisə haqda məlumatlar gedişat üzrə veriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.