Kriminal

Rusiyada azərbaycanlı döyülüb

30 Yanvar 2015 14:14
0 Şərh     Baxış: 1 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində sürücünün döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoçarx səs-küyə səbəb olub. APA-nın "proUFU.ru" saytına istinadən verdiyi xəbərə görə, Başqırdıstan Respublikası Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb və döyülən şəxsin azərbaycanlı olduğunu bildirib.
 
Açıqlamada deyilir ki, "Lada Priora" markalı avtomobilin azərbaycanlı sürücüsü yolda baş verən münaqişə zamanı yan şüşəsinin sındırılması ilə əlaqədar polisə müraciət edib: "Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin baş vermə şəraiti dəqiqləşdirilir".
 
Qeyd edək ki, hadisə "Korso" bazarı yaxınlığında Sipaylovo rayonunda baş verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.