Kriminal

Bakıda peşəkar güləşçi telekanal işçisinin başını yardı - FOTO

30 Yanvar 2015 12:06
0 Şərh     Baxış: 4 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda televiziya əməkdaşını idmançı vəhşicəsinə döyüb. Dekabr ayının 27-si Şamil Əzizbəyov küçəsində, Rus kilsəsinin yaxınlığında "giriş qadağandır" işarəsinə baxmayaraq küçəyə daxil olan naməlum avtomobil İctimai Televiziyanın əməkdaşı Samir Zəkiyevivurub. Əli ilə kapotun üstünə yumruq vuran Samir "bura birtərəfli yoldur, hara girirsən?" deyəndə avtomobildən düşən sürücü onun sifətinə yumruqla zərbə endirib. Zərbə nəticəsində başı beton plitəyə dəyən Samir Zəkiyevin burnu sınıb və qolunda çat əmələ gəlib. Bu, tibbi ekspertlərin rəyində də qeyd olunub.

Zərərçəkmişin Milli.Az-a verdiyi məlumata görə, işin araşdırılması ilə məşğul olan Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Famil Məsimov onu vuran adamın Sabirabad rayon sakini Kənan İmanov olmasını bildirsə də bu günə qədər həmin şəxsə qarşı cinayət işi başlamayıb. Araşdırmalar zamanı Kənan Pünhan oğlu İmanovun idmanın güləş növü ilə məşğul olması və ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə hazırlaşması müəyyənləşdirilib.

Hadisəni törətdiyi gündən Kənan İmanov beynəlxalq yarışlara hazırlaşmasını bəhanə gətirərək məsuliyyətdən boyun qaçırmağa çalışır. İdmançının atası Pünhan İmanov barışığa nail olmaq üçün İctimai Televiziyada olub və zərərçəkmişlə görüşüb.

Baş vermiş hadisə barədə ilk reportajı hazırlayan İTV-nin "Qanundan kənar" verilişinin aparıcısı Pərviz Abubəkirov Milli.Az-a İctimai Televiziyanın mövqeyini belə açıqlayıb:

"Biz istintaqın obyektiv aparılmasını və cinayəti törədən şəxsin qanuna müvafiq qaydada cəzalandırılmasını istəyirik. Vətəndaşa bədən xəsarəti yetirib, sonradan üzr istəməklə məsuliyyətdən boyun qaçırmaq olmaz. Biz o idmançını bu günə qədər görməmişik. Niyə görəsə hadisəni törədən odur, üzr istəməyə gələn isə atası. Məncə, idmançı cəsarətli olmalıdır və etdiyi hərəkətə görə cavab verməyi də bacarmalıdır. Hadisədən bir ay keçməsinə baxmayaraq bu günə qədər həmin adamın əməlinə hüquqi qiymət verilməməsi bizdə müəyyən suallar yaradır".

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Kənan İmanov:



Samir Zəkiyev:


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.