Kriminal

Şou-biznes dələduzu kimi şərlənən iş adamı danışdı - FOTO

30 Yanvar 2015 12:18
0 Şərh     Baxış: 3 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda özünü şou aləmində biznesmen kimi təqdim edib adı dələduzluqda hallandırılan Orxan Səlimzadə Milli.Az-a özü haqqında yayılmış məlumatlara münasibət bildirdi. Dedi ki, TV5 Entertaiment television şirkətində başına gələnlər belə söz-sözhbətlərə səbəb olub. Belə ki, onu işdən çıxarıblar və konsert vermək üçün müştərilərdən aldığı pul onun üstündə qalıb:

"Şirkət mənə 15 min manat ziyan vurub. Evimi satıram buna görə. Hüquqşünasımla danışıqlar aparıb məhkəməyə verəcəm".

O.Səlimzadə bildirdi ki, axtarışa verilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə gedərək izahat verib və sərbəst buraxılıb. Qeyd edək ki, axtarılan şəxs barədə Milli.Az-a oxucu məlumat vermişdi. Bildirmişdi ki, O.Səlimzadə ən son dələduzluğu Yeni il gecəsi edib. Gənc dj-lərdən birini Bakı klublarının birinə dəvət edən Orxan sonradan aradan çıxaraq dj-in pulunu verməmişdi.

Ceyhun Ələkbərov
Milli.Az


Uyğun link:
Bakıda maraqlı dələduzluq - FOTO

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.