Kriminal

Azərbaycanda tutulan "lotu"ların görüntüləri yayıldı - FOTO

29 Yanvar 2015 14:22
0 Şərh     Baxış: 7 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda tutulan kriminal avtoritetlərin görüntülərini yayıb.

Onlardan müsadirə olunmuş silah-sursatın görüntüləri də yayılıb.
 
Görüntülər APA-ya DİN tərəfindən təqdim olunub.
 
Nazirlikdən yanvarın 28-də APA-ya verilən məlumatda bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini tutublar.
 
Araşdırmalarla müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meylli şəxsləri ətraflarına toplamaqla "qanunsuz araşdırmalar" aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri" kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə, qanunsuz olaraq pul yığılması və kriminal aləmin "kassa"sına ötürülməsini təşkil ediblər.
 
Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C. Baxışovdan "Makarov" tipli tapança, E. Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası aşkar edilərək götürülüb.
 
Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.