Kriminal

Hərbi prokurorun güllələnmə səbəbi bəlli oldu

28 Yanvar 2015 17:13
0 Şərh     Baxış: 3 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərbi Prokurorluğun şöbə prokurorunun odlu silahdan açılmış atəş nəticəsində yaralanmasının təfərrüatları açıqlanıb

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 25-də Respublika Hərbi Prokurorluğunun şöbə prokuroru Əhmədov Rəhman Bayram oğlunun odlu silah xəsarətləri ilə xəstəxanaya müraciət etməsi ilə bağlı aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, yanvarın 24-də, saat 21 radələrində R.Əhmədov ov etmək məqsədi ilə dostları ilə birlikdə Qobustan rayonunun Xilmilli kəndi yaxınlığındakı fermaya gedib, orada dostu Murtuzov İdris Xanbala oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş zamanı bədən xəsarətləri alıb.

Fakta görə Cinayət Məcəlləsinin 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir, eyni zamanda, R.Əhmədov barəsində Respublika Hərbi Prokurorluğunda xidməti yoxlama aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.