Kriminal

Bakıda məktəbliyə hücüm edən manyakın görüntüləri yayıldı - FOTO

28 Yanvar 2015 16:38
6 Şərh     Baxış: 8 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tutulan şəxsin digər analoji cinayətlər törədib-törətmədiyi də araşdırılır

Bakıda iki həftə əvvəl məktəbliyə hücüm edən manyakın görüntüləri yayılıb.

Görüntüləri report-a hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri təqdim edib.

Xatırladaq ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları Bakının Xətai rayonu, Zığ şossesi məhəllələrindən birində X sinif şagirdinə hücum edən 1979-cu il təvəllüdlü Rəşad Firdovsi oğlu Məmmədovu tutub. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Zərərçəkən yetkinlik yaşına çatmadığından onun ad və soyadı açıqlanmır.

R.Məmmədov bu il yanvarın 15-də şübhəli şəxs əvvəlcə qızı izləyib. Şagird binadan içəri daxil olduqdan sonra həmin şəxs də onun ardınca bloka girib. R.Məmmədov qızı döyərək ona xəsarət yetirib. Sonra isə binanı tərk edərək qaçıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir. Tutulan şəxsin digər analoji cinayətlər törədib-törətmədiyi də araşdırılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.