Azərbaycanda rüşvət alma ilə əlaqədar Bakı Kompüter Kollecinin Proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərov barəsində həbs-qəti imkan tədbiri seçilib.
Respublika Prokurorluğundan Trend-ə verilən məlumata görə, Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.
Kollecin Proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ə.Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
İstintaq-əməliyyat tədbirləri zamanı Ə.Səfərovun üzərindən müxtəlif əskinaslarla 120 manat nağd pul, habelə onun və kollecin digər vəzifəli şəxslərinin xidməti otaqlarına baxış zamanı kollecdə imtahan sessiyaları zamanı qanun pozuntularına yol verilməsinə kifayət qədər şübhələr yaradan sənədlər, o cümlədən tələbələrə məxsus qiymət kitabçaları, tələbə biletləri, qeydiyyat kitabçaları və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülmüşdür.
Ə.Səfərov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmişdir.
Hazırda kollecdə sistemli şəkildə rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- 7-8 il əzab verdiyi arvadı gözünü itirib...
- İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu - FOTO
- Gənc oğlan sahə rəisini güllələyib — TƏFƏRRÜAT
- 28 yaşlı Kənan bacısının gözləri qarşısında öldürülübmüş
- Arvadını çörəkpulu kartına görə döydü
- Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
XƏBƏR LENTİ
- Lalə Məmmədovanın qızı ilə şəhər gəzintisi - VİDEO
- “Paşa könlüm istəyəndə...”
- Alma qabıqlarını belə istifadə edin: Faydaları bitmir - FOTO
- Günün qoroskopu: Təxəyyül və gümanlara bel bağlamayın
- Somalidə güclü partlayış baş verdi: Ölənlər var
- Ukraynada 50 min insan itkin düşüb - Şok rəqəm
- Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
- Bu, Kremlin mənasız təbliğatıdır - ABŞ
- “Gecə-gündüz dua edirdim ki, divanımız olsun” – VİDEO
- Bu ölkədə müharibə: 6 milyon insan evlərini tərk etdi
- Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
- Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş
- Federasiyanın keçmiş rəhbəri öpüşə görə həbs oluna bilər
- Gürcüstan baş naziri adından iftar süfrəsi təşkil edildi
- Ukraynada hərbidən yayınanların sayı 1 milyona çatır
- Azərbaycanlı modelin anasının yaşadığı antisanitar evin görüntüləri - VİDEO
- AVRO-2024-də yığmalar heyətə 26 futbolçu daxil edə bilər
- Yorğun olanda gözlərimizi ovuşdurmağın SƏBƏBLƏRİ
- “Sonradan soyunanda göz öyrəşmir” - FOTOlar
- DİN-dən müraciət: Bu məlumatları paylaşmayın!
- Elzanın qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
- Onunla sevgili olduğunu etiraf etdi
- Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
- Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB