Kriminal

Rusiyada ikinci Orxan Zeynalov?

28 Yanvar 2015 14:00
0 Şərh     Baxış: 2 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Biryulevoda azərbaycanlı saxlanılıb. Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Azərbaycan vətəndaşı narkotik maddə saxlamaqda ittiham edilib. O evində tapanca-pulemyot və marixuana saxlayıb.

Adı açıqlanmayan şəxsin evindən tapılan döyüş tapancası "Sa-26" Çexiya istehsalı olub. Onun üzərində 3 daraq, 89 parton də olub. Bundan başqa evdə dəyişiklik edilmiş 30 patronlu revolver də aşkarlanıb.

Saxlanılan şəxs barəsində cinayət işi açılıb və barəsində həbs-qəti imkan tədbiri seçilib.

Xatırladaq ki, 2013-cü ilin oktyabr ayında Biryulevoda Azərbaycan vətəndaşı Orxan Zeynalovun Yeqor Şerbakovu qətlə yetirməsi böyük gərginliyə səbəb olmuşdu. Şəhər sakinləri miqrantların ölkədən çıxarılmasını belə tələb edirdilər.

Baş verən toqquşmalarda 400 nəfər saxlanılmışdı. Qətli törətməkdə ittiham edilən O.Zeynalov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.