Kriminal

Narkotiklərə görə həbs edilmiş şəxs təcridxanaya da əliboş getmədi

27 Yanvar 2015 16:44
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Narkotiklərə görə həbs edilmiş şəxs özü ilə həbsxanaya da marixuana aparırmış

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı İstintaq təcridxanasına etapla daxil olan şəxs Həsrət Hacıqulu oğlu Səmədzadənin üzərinə baxış keçirilib.

Baxış zamanı onun əynindəki qış gödəkçəsinin cibində gizlətdiyi "West" siqarət qutusunun içərisində olan 9 ədəd siqaretə doldurulmuş, xalis ümumi çəkisi 3.02 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, H.Səmədzadə Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.