Kriminal

Rus polisi öldürən azərbaycanlıya hökm oxundu

26 Yanvar 2015 14:38
0 Şərh     Baxış: 1 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Nijni Novqorod şəhərində təcrübədə olan polis işçisini öldürmüş 28 yaşlı azərbaycanlıya hökm oxunub.

Anspress-in məlumatına görə, 21 yaşlı stajçı polisi öldürdüyünü özü etiraf etmiş Ələsgər İsrafilova ilkin olaraq 2 ay həbs kəsilib və o, məhkəməyə qədər cəza müəssisəsinə göndərilib.

Bu barədə bu gün material yerləşdirmiş Rusiya mətbuatı onun evdə iki azyaşlı övladının qaldığını qeyd edir. Rus mətbuatı həm də xatırladıb ki, gənc azərbaycanlı rus polisi öldürmək istəmədiyini, təsadüfən bu vəziyyətin alındığını deyib.

Yanvarın 15-də axşam saat 8-də baş vermiş hadisə zamanı azərbaycanlı sürücü idarə etdiyi avtomobillə qəza şəraiti yaradıb. Üç nəfər piyada bununla bağlı ona ağır sözlər deyib. İsrafilov avtomobildən endikdən sonra dava düşüb və o, 21 yaşlı rus gənci bıçaqlayıb. Polisdə işləyən rus gənc hadisə yerində keçinib.

Yanvarın 22-də 28 yaşlı azərbaycanlı polisə təslim olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.