Kriminal

Bakıda polis cibgiri avtobusda tutdu

24 Yanvar 2015 16:50
0 Şərh     Baxış: 1 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, avtobusdakı sərnişinin cibindən 500 manat pul oğurlamağa çalışıb

Bakıda cibgirliklə məşğul olan şəxs saxlanlıb.

Anspress-in verdiyi məlumata görə, 1971-ci il təvəllüdlü, Quba rayon sakini Ağazadə Muxtar Mahmud oğlu iş başında yaxalanıb.

O, Binəqədi Rayon Polis İdarəsinin cib oğurluğuna qarşı mübarizə qrupu tərəfindən ələ keçirilib. Həmin şəxs 202 saylı xətlə işləyən sərnişin avtobusunda 21 yaşlı Bakı şəhər sakini Nuruslu Amal Nadir oğlunun cibindən 500 manat pul oğurlamağa cəhd edib. Lakin polislər ona macal verməyiblər.

Saxlanılan şəxs yerli polis idarəsinə gətirilib. Faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Muxtar Ağazadənin digər bu kimi cinayət əməllərinin olduğu istisna edilmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.