Bakıda şok qətlin TƏFƏRRÜATI - YENİLƏNİB - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
07.01.2015
11:45
Ötən gün Bakının Səbail rayonu ərazisində iki dost bıçaqlanıb. Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsindən anspress-ə verilən məlumata görə, hadisə saat 18:54-də, "Sahil" metrosu yaxınlığında, Bülbül prospektində, Sahil bağı adlanan parkda bıçaqlanan şəxslərdən biri 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənov hadisə yerində dünyasını dəyişib. Onun ürək nahiyəsində və boğazında bıçaq xəsarətləri olub.
Digər yaralı, 22 yaşlı Orxan Məmmədzadə isə qarın boşluğundan bıçaqlanıb. Onu ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriblər. Xəstə həkim Mahir Mahmudovun iştirakı ilə əməliyyat edilib.
Mahir Mahmudovun anspress-ə verdiyi məlumata görə, xəstə uğurla əməliyyat olunub. Bu gün onu reanimasiya şöbəsindən palataya keçürəcəklər.
"Hazırda yaralının vəziyyəti stabil orta-ağırdır. Bıçaq xəstənin qarın nahiyəsindən dəydiyi üçün belə yaralar tədricən sağalır", - deyə Mahir Mahmudov bildirib.
Orxan Məmmədzadənin peşəkar idmançı olduğu bildirilir. O, boksçudur və tanınmış idmançı Əli İsmayılovun yetirməsidir.
Hadisəni törədən gənc isə hadisə yerindən qaçıb.
Onun tapılması istiqamətində axtarışlar davam edir.
X X X
Ötən axşam Bakının mərkəzində qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, "Sahil bağı"nın yaxınlığında bir nəfər amansızlıqla qətlə yetirilib, bir nəfər isə yaralanıb.
İlkin məlumata görə, gənclər arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Gənclərdən biri bıçaqla digərinin boğazını kəsib, onun dostunu isə yaralayıb. Qanlı hadisə nəticəsində 26 yaşlı Həsən Namiq oğlu Həsənov hadisə yerində ölüb. Onun dostu, 22 yaşlı Məmmədzadə Orxan Təbriz oğlu bıçaq xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Qətli törədənin şəxsiyyəti hələlik məlum deyil. O, hadisədən sonra ərazidən uzaqlaşıb. Hüquq-mühafizə əməkdaşları hadisə yerində müayinə aparıblar. İki nəfəri bıçaqlayan şəxsin axtarışları davam etdirilir.
Hadisənin motivinə gəlincə, şahidlər bildiriblər ki, qətlə yetirilən Həsən Həsənov "Sahil bağı"nda itini gəzdirirmiş. İt yaxınlıqdan keçən naməlum şəxsə hürməyə başlayıb. Tərəflər arasında bu səbəbdən mübahisə yaranıb və nəticədə qanlı hadisə baş verib.
Lakin istintaq hadisə şahidlərinin ifadələrinə əsaslanan bu versiyanı qətlin səbəbi kimi rəsmən təsdiqləmir. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyev APA TV-yə bildirib ki, qətlin əsl motivi hadisəni törədən şəxs saxlanıldıqdan sonra məlum olacaq.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
-----------------
06.01.2015
23:49
Bu gün Bakının mərkəzində, "Sahil" bağında törədilən qətlin bəzi təfərrüatları məlum olub.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hadisə şahidlərinin virtualaz.org saytına verdiyi məlumata görə, bir nəfərin qətli ilə nəticələnən hadisənin baş verməsinə öldürülən şəxsin... iti səbəb olub.
Belə ki, öldürülən şəxs - 1989-ci il təvəllüdlü Həsən Namiq oğlu Həsənov öz iti ilə bağda gəzintiyə çıxıbmış. Onun iti cinayəti törədən və hadisə yerindən qaçan şəxsə hürüb. Elə mübahisə də bundan sonra düşüb. Mübahisə sonra davaya keçib. Bütün bu qovğa isə H.Həsənovun bıçaqlanaraq öldürülməsi ilə nəticələnib.
---------
22:19
Bakıda başı kəsilən gəncin kimliyi bilinib.
Milli.Az anspress-ə istinadən bildirir ki, Səbail rayon polis idarəsindən verilən məlumata görə, başı kəsilən şəxs 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.
Onun haqqında ətraflı məlumatlar dəqiqləşdirilir. Qatilin axtarışları hələ də davam edir.
Qeyd edək ki, bu gün axşam saatlarında "Sahil" metrosunun yaxınlığında iki gənc arasında mübahisə düşmüşdü. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Gənc hadisə yerindəcə ölüb.
Qətli törədən gənc hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub.
---------20:00
Bakının mərkəzində axşam saatlarında qətl hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə "Sahil" metrosunun yaxınlığında qeydə alınıb.
Gənc oğlan bıçaqlanaraq qətlə yetirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Əldə etdiyimiz məlumata görə, hadisə baş verən zaman oğlanın yanında gənc xanım olub. Qızın qətlə yetirilən şəxsin sevgilisi olduğu ehtimal edilir.
Güman olunur ki, oğlanı qız üstündə yaranan mübahisə zamanı öldürüblər.
Ceyhun Ələkbərov
Milli.Az
-----------------
07.01.2015
11:45
Videonu izləmək üçün şəklə klikləyin.

Böyütmək üçün şəklə klikləyin.
------------------
06.01.2015
23:49



-------
20:00
DİGƏR XƏBƏRLƏR
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
-
Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır
-
Naxçıvanda bir evdə 2 dəhşətli olay: Türkiyədən gələn qardaş bacısına 19 bıçaq zərbəsi endirdi
-
Ruhi xəstə olan Xəyalənin qətlə yetirildiyi hadisənin pərdəarxası - (Foto)
-
Abşeron xəstəxanasında direktor müavinini bıçaqlayan sürücü imiş... - (Foto)
-
Bakıda şagirdi öldürməkdə ittiham edilən məktəblinin (Fotosu)
XƏBƏR LENTİ
-
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
-
Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər
-
Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
-
Britni Spirs oğulları ilə bir araya gəldi - (Foto)
-
Günün qoroskopu: Peşəkar sahədə sizi parlaq gün gözləyir
-
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
-
Astarada sitrus bağları susuz qalıb - (Video)
-
Panamada 7,6 ballıq zəlzələ oldu - dərslər dayandırıldı - Yenilənib - (Video)
-
Tramp Putinlə Rusiyanın dizel yanacağı barədə razılığa gəlib
-
Ronaldo mill düşərgəsindən ayrıldıqdan sonra cəzalandırılıb
-
Çin avtomobillərinin idxalında kəskin eniş: Yeni məhdudiyyətlər alıcılara necə təsir edəcək? - (Video)
-
“Oyunlarımızı təxirə salmağa ehtiyac yoxdur” - Dambrauskas
-
Melike Şahin ana oldu - (Foto)
-
Türkiyə və Azərbaycan arasındakı münasibətləri hədəf alan paylaşımlar dezinformasiya kimi qiymətləndirilib
-
Xətaidə yenidən sürüşmə təhlükəsi yaranıb - (Video)
-
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
-
Ən bahalı futbolçuların yeni siyahısı açıqlandı
-
Oğlu buna görə Fatimə ilə yaşamır
-
61 yaşlı qadın 5 saat plank vəziyyətində dayanaraq rekord qırdı
-
Azərbaycan və Litva muzeylər arasında əməkdaşlıq memorandumları imzalanıb
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)
-
“Gemini” süni-intellekt çat-botundan pulsuz istifadə məhdudlaşdırılıb
-
Premyer Liqanın VII turunda "Sabah" "Neftçi" ilə heç-heçə edib
-
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı





