Kriminal

Bakıda taksi sürücüsü 24 yaşlı qızı zorladı

22 Dekabr 2014 14:14
28 Şərh     Baxış: 8 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda taksi sürücüsü maşınına minən 24 yaşlı qızı zorlayıb.

Milli.Az-ın vesti.az-a istinadən verdiyi məlumata görə, Yasamal rayonu 29-cu polis bölməsinə zorlama faktı ilə şikayət ərizəsi daxil olub. Bu barədə Yasamal Rayon Polis İdarəsindən xəbər verilib.

24 yaşlı Sumqayıt sakini Leyla Kərimova (ad və soyad şərtidir) izahatında bildirib ki, 19 dekabr gecə saat 01.00-də Əhmədli qəsəbəsində taksiyə oturub və sürücüdən onu metronun "20 Yanvar" stansiyasına aparmağı xahiş edib.

Taksi sürücüsü bunun yerinə qızı Şüvəlana, naməlum ünvana aparıb. Kişi orada qızı zorlayıb, sonra isə taksiyə mindirdiyi Moskva prospektinə aparıb.

Faktla bağlı araşdırma aparılır. Sərnişini zorlamaqda şübhəli bilinən taksi sürücüsü hələ saxlanılmayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.