Kriminal

Gəncə sakini sevgilisini soydu: "Sevmək Leyli və Məcnun vaxtında olurdu..." - FOTO

20 Dekabr 2014 16:09
0 Şərh     Baxış: 2 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncədə mənzildən xeyli miqdarda nağd pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb. Həmin şəxs sevgilisinin əmlakını talamaqda şübhəli bilinir.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncə şəhər sakini Evelina Rumyantsevanın yaşadığı ünvandan 17 min manat və 2900 ABŞ dolları nağd pul, eləcə də 4800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Zərərçəkənin müraciəti əsasında əməliyyat tədbirlərinə başlayan polis oğrunun kənar adam olmadığını üzə çıxarıb. Müəyyən edilib ki, həmin pulu və qızıl-zinət əşyalarını Evelina Rumyantsevanın qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı İlqar Şərifov oğurlayıb.

Samir Rüstəmov - baş müstəntiq: "Oğurladığı pulu və qiymətli əşyaları özünün yaşadığı Gəncə şəhəri Aydınbəyov küçəsində yerləşən avtomobil qarajında gizlədərək saxlayıb".

Saxlanılan İlqar Şərifov sevgilisinin evindən oğurluq etməsini etiraf edib. O bildirib ki, Evelina Rumyantsevanın avtomobil almasına etiraz əlaməti olaraq bu yola əl atıb. Şərifov vəfasız məhəbbətindən də gileylənib.

İlqar Şərifov - saxlanılan şəxs: "O niyyətlə götürdüm ki, qadın maşın almaq istəyirdi, mən qoymurdum. Fikirləşirdim ki, hadisə olar, uşaq yetim qalar. Sevmək Leyli və Məcnun vaxtında olurdu. Belə, uşağımın anası kimi hörmət qoyuram".

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır. 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.