Kriminal

Mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanıldılar

19 Dekabr 2014 18:34
0 Şərh     Baxış: 1 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəkidə mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb. Onlar oğurluq yolu ilə vətəndaşlara 40-50 min manata yaxın ziyan vurublar.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, 5 nəfərdən ibarət cinayətkar dəstə 2012-ci ildən başlayaraq Şəki şəhəri ərazisində müxtəlif mənzil, mağaza və avtomobillərə girərək, pul, qızıl zinət əşyaları aparıblar. Bundan başqa, onlar avtomobil təmiri sexlərindən diaqnostika aparatları və kompütərin də oğurlanmasında təqsirli bilinirlər. Saxlanılanlar Şəki sakinləri Şahmar Abdullayev, Pərviz Mahmudov, Tapdıq Əliyev, Tural MusayevFamil Əliyevdir. Onların törətdiyi cinayət əməllərinə dair 10-dan çox fakt aşkarlanıb. Qeyri-qanuni mənimsənilən əmlakın ümumi dəyəri isə 40-50 min manata yaxındır.


Vətəndaşların çoxsaylı müraciətlərinə əsasən, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis dəstənin bütün üzvlərini saxlayıb. Hazırda onların digər cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.

Cinayətkar qrup üzvlərinin əksəriyyəti narkotik vasitə aludəçiləridir. Onlardan 3 nəfəri - Şahmar Abdullayev, Pərviz Mahmudov və Tapdıq Əliyev isə əvvəllər də məhkumluq həyatı yaşayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.