Amansızlıqla öldürülən qadının 11 ay gizlədilən qisas sirri məlum olub
15:32
İmişli rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, 46 yaşlı Reyhan Səfərovanı öldürərək uzun müddət gizlənən Zülfü Kazımov əlini qana batırmasının səbəbini deyib.
Hadisə yerində dindirlən Z.Kazımov bildirib ki, Reyhan Səfərovanı yolda maşınına mindirib, sonra onların söhbəti pozulub. Reyhan onu söyərək maşını tərk edib.
Bundan sonra təhqir olunmasına dözməyən Z.Kazımov onu öldürmək fikrinə düşüb.
Qaragüvəndikli kəndini birləşdirən daxili yolun kənarındakı sahədə Reyhanı amansızlıqla öldürüb. Sonra isə qaçaraq müxtəlif yerlərdə gizlənməklə məsuliyətdən yayınıb.
---------
13:15
Qadının qatili az qala bir il idi tapılmırdı. İmişli polisi, nəhayət, onu öldürən şəxsi dünən həbs etdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu il yanvarın 11-də Reyhan Səfərova bıçaqla qətlə yetirilmişdi. Uzun sürən axtarış-istintaq tədbirləri nəticəsində qətlin Bəhrəmtəpə qəsəbə sakini Zülfü Kazımov tərəfindən törədildiyini müəyyən etdi və onu qandalladı.
İmişli rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Z.Kazımov qətli qisas almaq üçün törədib. Qisasın nədən yaranması isə açıqlanmır.
Anar Məmmədov
Milli.Az