Kriminal

"Hadisə təxminən 45 dəqiqə ərzində olub" deyən xanıma şad xəbər - YENİLƏNİB

19 Dekabr 2014 15:40
1 Şərh     Baxış: 5 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
15:40

Ötən gün səhər saatlarında Ağcabədi rayonunda evlərdən birini qarət edən şəxs yaxalanıb. Bu barədə Ağcabədi rayon Polis Şöbəsinin baş müstəntiqi, polis leytenantı Rüfət Məmmədov anspress-ə məlumat verib. Müstəntiqin sözlərinə görə, dünən Nəriman Nərimanov küçəsində yaşayan 1948-ci il təvəllüdlü Teymur Şərifzadəyə məxsus evin qarət olunması barədə məlumat daxil olan kimi hadisə araşdırılmağa başlanılıb.

İsti izlərlə məlum olub ki, hadisəni rayon sakini Xəyal Etibar oğlu Qurbanov törədib. Dərhal əməliyyat keçirilib. Keçirilən əməliyyat nəticəsində Etibar Qurbanov saxlanılıb. Onun üzərindən oğurladığı qızıl əşyaları tapılıb.



---------
10:31

Evi qarət olunan qadın danışıb

Ötən gün səhər saatlarında Ağcabədi rayonunda evlərdən biri qarət olunub. Bu barədə evi oğurlanan şəxs anspress-ə məlumat verib.

Belə ki, rayonun Nəriman Nərimanov küçəsində yaşayan 1948-ci il təvəllüdlü Teymur Şərifzadəyə məxsus evə basqın olub. Hadisə səhər saat 10 radələrində ev sahibi və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Mehriban Şərifzadənin evdən çıxdıqları vaxt olub.

"Şokdayam. Hadisə təxminən 45 dəqiqə ərzində olub. Ehtimal edirik ki, oğrular evə arxadan giriblər. Çünki qarşıdakı qonşunun evində kamera var. Kameraya baxmışıq. Şübhəli heç nə yoxdur", - deyə Mehriban Şərifzadə bildirib.

Mehriban Şərifzadə deyir ki, oğrular evin qapısını sındırıblar. Evdə olan qır-qızılı aparıblar. İtən qızılların ümumi dəyəri təxminən 5 min manat təşkil edir.

Hadisə barədə Ağcabədi rayon polis şöbəsidən bildirdilər ki, faktla bağlı məlumat daxil olub. Hadisə yeri incələnib. Oğurluqda şübhəli bilinən şəxslər var. İndi istintaq gedir.

Faktla bağlı araşdırma davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.