Kriminal

Qardaş ailəli bacısını boğaraq Kürə atdı

18 Dekabr 2014 14:22
0 Şərh     Baxış: 3 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mingəçevir şəhərində qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Kür çayının sahilində qeydə alınıb.
 
Yevlax rayonunun Havarlı kənd sakini, 1978-ci il təvəllüdlü Qasımov Asif Aydın oğlu Mingəçevir şəhərində yaşayan bacısı, 1977-ci il təvəllüdlü Qasımova Ruhiyyə Aydın qızı ilə dalaşaraq onu boğub və çaya itələyib. Suda köməksiz vəziyyətdə qalan qadın boğularaq ölüb.
 
Asif Qasımov könüllü olaraq Mingəçevir Şəhər Polis Şöbəsinə təslim olub. O, ilkin ifadəsində hadisəni namus üstündə törətdiyini deyib.
 
Mərhum Ruhiyyə Qasımovanın ailəli olduğu bildirilir.
 
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.