Kriminal

Bakıda kişini öldürüb soyuducuda basdıran tutuldu

18 Dekabr 2014 13:22
0 Şərh     Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daxili İşlər Nazirliyi Bakıda adamın öldürüb soyuducuda basdırılması ilə bağlı məlumat yayıb.

Anspress-in Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, itkin düşmüş Masallı rayon sakini Əli Seyidovun meyiti tapılıb. Dekabrın 16-da Sabunçu rayonunun Ramana qəsəbəsi Südçülük sovxozu adlanan ərazidə Bakı şəhər sakini Arif Məmmədova məxsus həyətdə dekabrın 13-dən itkin düşmüş, Masallı rayon sakini Əli Seyidovun əl və ayaqları yapışqanlı lentlə bağlı, başına sellofan keçirilmiş, boynu sınmış və sifət nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər olan meyidi soyuducunun içərisində torpağa basdırılmış vəziyyətdə aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Lənkəran şəhər sakini Hafiz Səmədov tutulub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.