Kriminal

Həbs edilən AXCP üzvünün hərbi xidmətdən yayındığı məlum olub

18 Dekabr 2014 12:48
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü həbs edilib

Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsindən rayon sakini Mirağa Abbasovun hərbi xidmətdən yayınması barədə polisə məlumat daxil olub.

M.Abbasov evinə gedən polis əməkdaşına müqavimət göstərərək onu təhqir edib. O, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilib və barəsində toplanmış materiallar Sabirabad Rayon Məhkəməsinə göndərilib.

M.Abbasov İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 25 sutka həbs cəzası alıb.

Qeyd edək ki, M. Abbasov AXCP-nın Sabirabad rayon təşkilatının üzvüdür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.