Kriminal

Qızı qaçırıldığı deyilən məmur danışdı - YENİLƏNİB

28 Noyabr 2014 11:30
5 Şərh     Baxış: 10 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:30

Balakən Rayon İcra Hakimiyyətinin şöbə müdirinin qızının qaçırılması haqda xəbər yayılıb.

Anspress-in məlumatına görə, bu barədə axar.az saytı yazıb.

Verilən məlumata görə, Balakən Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Vüqar Taşovun 8-ci sinifdə oxuyan 14 yaşlı qızı könüllü qaçıb. Qızın ailəsinə məktub yazdığı bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün Vüqar Taşovun özü ilə əlaqə saxladıq. Onun anspress-ə verdiyi məlumata görə, yazılanlar həqiqətə uyğun deyil.

Vüqar Taşovun sözlərinə görə, onun qızı heç yerə qaçmayıb və indi evdədir.

"Birincisi, qızım 9-cu sinifdə oxuyur, ikincisi, o heç yerə qaçmayıb. Hazırda evdədir. Sadəcə evdə narazılıq olmuşdu. Üstünə qışqırmışdım. Bir az qorxmuşdu. Hələ uşaqdır, dərsi var. Universitetdə oxumalıdır. Onun sevgi barədə düşünən vaxtı deyil. Yazılanlar yalandır", - deyə Vüqar Taşov bildirib.

-----------
10:04

Balakən rayonunda 8-ci sinif şagirdi olan qız qaçırılıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, qaçırılan qızın 14 yaşı var. O, Balakən Rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Vüqar Taşovun övladıdır. Rayonun 1 saylı orta məktəbində oxuyan qız məktubunda könüllü qaçdığını yazıb. Məlumata görə, V.Taşov bir müddət Rusiyada yaşayıb və orada ailəsi olub. Balakəndə qaçan qızı onun ikinci ailəsindən olan övladıdır.

Azərbaycan cinayət qanunvericiliyi qadını evlənmək məqsədilə qaçırma halını cinayət kimi qəbul edib. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlama (129-cu maddə) cinayəti 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərsə, 5 ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Lakin 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınır və 144-cü maddə ilə tövsif olunur. Həmin Məcəllə ilə bu əməl 5 ildən 12 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.