Kriminal

Rusiyada qətl törətməkdə ittiham olunan Azərbaycan vətəndaşlarının məhkəməsi keçiriləcək

27 Noyabr 2014 16:40
0 Şərh     Baxış: 1 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiyanın Voronej şəhərinin prokurorluğu "Praqa" kafesi yaxınlığında baş vermiş dava və qətl ilə bağlı cinayət işinin materiallarını məhkəməyə təqdim edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, həmin cinayət işi üzrə iki nəfər Azərbaycan vətəndaşı adam öldürməkdə ittiham olunurlar.

İstintaq zamanı müəyyən edilib ki, ötən ilin dekabr ayında "Praqa" kafesinin qarşısında dava baş verib. Dava iştirakçılarından biri kafedə olan əcnəbilərin qarşı tərəfin tanışları olduğunu düşünüb və bu üzdən münaqişə böyüyüb. Əlbəyaxa zamanı Azərbaycan vətəndaşı Rəşad İsmayılov cibindən çıxardığı bıçaqla dava iştirakçılarından birini vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Azər Nəcəfov isə digərini bıçaqla vursa da, kişi yerə yıxılıb və özünü ölülüyə vurub. Müstəntiqlərin fikrincə, məhz buna görə də bu şəxs sağ qalıb.

R.İsmayılovu 20 il, A.Nəcəfovu isə 6-15 il həbs cəzası gözləyir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.