Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Royal Bank" ASC filialının sabiq müdiri Anar Həşimov və filialın əməkdaşları - Xatirə Məmmədova, İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Anar Həşimov 10 il, İlqar İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xatirə Məmmədovaya 8 il 6 ay şərti cəza təyin edilib. Onun himayəsinsdə azyaşlı uşaq olmasını nəzərə alaraq cəzasının çəkilməsi 8 il müddətinə təxirə salınıb. Təqsirləndirilən şəxslərin əvvəlki cəzaları hazırkı hökmlə birləşdirilib.
Qeyd edək ki, "Royal Bank" ASC-nin "Paytaxt" filialının müdiri işləmiş Anar Həşimov depozit müqaviləsinə əsasən, Yusif Abdullayev tərəfindən xəzinə mədaxil orderi ilə filiala əmanət qismində təhvil verilmiş pul üzrə əməliyyat aparılarkən əmanətçinin xəbəri olmadan xəzinə məxaric orderində sonuncunun imzasını saxtalaşdırıb, əmanətçinin 50 min 259 manat əmanət və faiz pulunu filialın xəzinəsindən qanunsuz olaraq götürüb. Digər təqsirləndirilən şəxslər də bu mənimsəmə faktı ilə bağlı Anar Həşimova köməklik göstəriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Həşimov 12 il, İlqar İsmayılov 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Kamran Abdullayev 7 il, Babək Zeynalov 5 il müddətinə şərti cəza alaraq məhkəmə zalından sərbəst buraxılıblar. Məhkəmə digər təqsirləndirilən Xatirə Məmmədovanın himayəsində azyaşlı uşaq olmasını nəzərə alaraq, onun barəsində təyin olunmuş 7 il müddətinə cəzanın icra edilməsini uşağın 8 yaşı tamam olana kimi təxirə salıb. Həmin hökmdən narazı qalan Anar Həşimov, Xatirə Məmmədova, İlqar İsmayılov, Kamran Abdullayev, Babək Zeynalov apellyasiya şikayəti veriblər.
Bir müddət əvvəl təqsirləndirilən şəxslərin apellyasiya şikayətinə baxılıb və qərar elan edilib. Qərara əsasən, hökm Babək Zeynalova aid hissədə dəyişdirilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti təyin edilib və şərti olaraq azad olunub.
Hökmün digər şəxslər barəsində olan hissəsi isə dəyişdirilməyib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət ediblər. Onların müraciətinə Ali Məhkəmədə baxılıb və iş yenidən apellyasiya instansiyasında araşdırılması üçün geri qaytarılıb. Ali Məhkəmə Babək Zeynalovun barəsində çıxarılan qərarı ləğv edib, buna görə də Babək Zeynalov yenidən həbsə alınıb.
Bakı Apellyasiya Məhkəməsində işə baxan hakimlər yenidən qərar qəbul ediblər. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü yenidən dəyişdirilib. Babək Zeynalova ittiham olunduğu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməyib. Məhkəmə Babək Zeynalovun cəzasını 3 ilə endirib. Digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin olunmamış saxlanıb.
"Royal Bank" Açıq Səhmdar Cəmiyyətinin "Paytaxt" filialının müdiri Anar Həşimov, filialın baş mühasibi Xatirə Ağayeva və xəzinədarı İlqar İsmayılovun yeni cinayətləri üzə çıxıb. Buna görə də onların barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Araşdırma zamanı onların ümumilikdə 2 milyon 228 min 612 manatı ələ keçirmələri müəyyən edilib.
Milli.Az
Kriminal
Bakıda məşhur bankın vəzifəli şəxslərinə hökm oxundu
27 Noyabr 2014 14:06
0 Şərh
Baxış: 1 609
DİGƏR XƏBƏRLƏR
- Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOlar
- Satanist məktəbli qəbiristanlıqda iki qızı bıçaqladı - FOTOlar
- Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu - FOTO
- Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi
- Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
- Bakıda işçi mühafizə etdiyi idman zalının kassasını taladı - FOTO
XƏBƏR LENTİ
- Şahzadəni öldürmək istəyən narkobaronu səhvən həbsxanadan azad etdilər - FOTO
- Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
- Qırğızıstanda daşqın - Ölənlər var - VİDEO
- Xankəndidə xeyli silah-sursat aşkarlandı
- Dayısı oğlunun toy günü onların evinə girdi - FOTOlar
- Bayden: Sənəd masama qoyulan kimi onu imzalayacağam
- İngiltərə Premyer Liqasında 2 ulduz həbs olundu
- Bağırsaq üçün ƏN FAYDALI QİDA
- Müsavat Partiyasının növbəti qurultayı keçiriləcək - Bu tarixdə
- Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu oldu
- Deputata AĞIR İTKİ - FOTO
- Bakıda bu şadlıq sarayları CƏRİMƏLƏNDİ - RƏSMİ
- İşə gedərkən yoldan qaçırılan qız tapıldı - YENİLƏNİB - FOTO
- Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək
- Ukraynada kişilər döyüşmək istəmir - Soskin
- Nazpəri Dostəliyeva canlı efirdə ağladı: "Darıxdığım var" - VİDEO
- Bakıdakı qəzalarda moped və motosiklet sürücüsü öldü
- “Azərreyl”in növbəti mövsümlə bağlı PLANI
- Qırğızıstan lideri Azərbaycana gəlir - Hansı sənədlər imzalanacaq?
- Masallıda 64 yaşlı qadın yıxılaraq öldü
- Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
- İkardinin bu paylaşımı müzakirələrə səbəb oldu - FOTOlar
- ABŞ getsə, dünyanın lideri kim olacaq? - Bayden
- Ermənistanda daha bir qrup etirazçı saxlanıldı - VİDEO