Kriminal

Bakıda "BMW-X5"in sürücüsü yol polisinə zor tətbiq etdi

27 Noyabr 2014 12:41
0 Şərh     Baxış: 3 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol polisinə zor tətbiq edilməsi faktı ilə bağlı cinayət işi açılıb

Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 24-də saat 11 radələrində paytaxtın Səbayıl rayonu ərazisində xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Elnur Mahmudov həmin vaxt Mərkəzi Univermağın binasının qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla "dayanmaq və durmaq qadağandır" nişanının təsiri zonasında dayanmış "BMW-X5" markalı 10-FK-347 qeydiyyat nişanlı avtomobilin sürücüsü Kərimov Valeh Tacəddin oğlundan avtomobili oradan götürməsini tələb edib. Lakin V.Kərimov polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq avtomobildən düşərək ona zor tətbiq edib.

Fakta görə Səbayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.