Kriminal

Bakıda qız qarşısında azərbaycansayağı yortma

27 Noyabr 2014 12:21
1 Şərh     Baxış: 3 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan elə ölkədir ki, yanında oturan adam qəflətən bıçaq çıxarıb səni yorta bilər".

Mərhum yazıçı-publisist Rafiq Tağı bu fikri səsləndirəndə bəlkə də ona qərəzli baxmış, sözlərini ciddiyə almamışdılar. Faciəvi şəkildə öldürülən yazıçı sanki bu günümüzü ayna tutaraq görmüşdü. Çünki indi ölkədə törədilən cinayətlərin çoxunda zərbənin nə vaxt gələcəyi bilinmir, qəfləti yortmalar baş verir, sanki böyürlər bıçaq gözləyir.

Belə bir yortmalardan biri Bakının Nizami rayonunda, özü də gənc oğlanın sevgilisinin gözlərinin önündə baş verib. Paytaxt sakini Xəyal Rəhimov qızla adambaşına 1 manata olan taksiyə əyləşib. Maşın yola düşəndə onların yanında əyləşən başqa bir sərnişin söyüş söyüb.

Xəyal isə maşında xanım olduğunu xatırladaraq ona irad tutub. Bu isə həmin söyüşcül oğlanın xoşuna gəlməyib və cibindən bıçağı çıxararaq Xəyala bir neçə zərbə vurub.

Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşları söz səhvini başqasının qanı ilə yuyan şəxsi müəyyən ediblər. Keçirilən əməliyyat tədbirləri ilə Vasif Qəniyev qandallanıb. Hazırda onun barəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.