Kriminal

Bakıda atanın həsrəti qısaltmaq istəyi baş tutmadı

27 Noyabr 2014 10:21
0 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda məhkum oğlu ilə görüşə gəlmiş Gəncə sakinin üzərində mobil telefon aşkar edilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Balaməmməd Namiq oğlu Məmmədlinin yanına qısamüddətli görüşə gəlmiş atası, Bakı şəhəri, Gəncə prospekti 79, mənzil 36-da qeydiyyatda olan Namiq Balaməmməd oğlu Məmmədlinin görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı onun gödəkçəsinin cibindən 1 ədəd "Nokia C2" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Qeyd edək ki, Balaməmməd Məmmədli Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 66.5 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.