Kriminal

Balta ilə öldürülən 80 yaşlı ər-arvadın işində YENİ MƏQAMLAR

25 Noyabr 2014 17:07
0 Şərh     Baxış: 2 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonuda 80 yaşlı ər və arvadın qətlinin təfərrüatları məlum olub

"Qafqazinfo" xəbər verir ki, noyabrın 22-də rayon sakinləri Tahir Məmmədovu və arvadı Sona qətlə yetirilib. Qətldə şübhəli bilinən rayonun Todan kənd sakini Sübhay İbrahimov tutulub.

Müəyyən edilib ki, S.İbrahimov qurbanları ilə əvvəldən tanış imiş: "Sübhan İbrahimov tanışı Tahir Məmmədovun evində çay içib, sonra pul istəyib. Kişi pul verməyib və onu evdən qovub. Bu zaman qonaq kişini vurub yerə yıxıb, evdən çıxıb.

Sona Məmmədovanın qışqırdığını görən Sübhay İbrahimov evin həyətindən balta götürüb yenidən geri qayıdır. Ər və arvada baltanın arxası ilə sinə nahiyyələrindən çoxsaylı zərbələr vurub.

Sonra evdən 30 manat pul götürüb qaçıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.