Kriminal

Bakı motelindəki dəhşətli qətllə bağlı Bakı Şəhər Prokurorluğu məlumat yaydı

25 Noyabr 2014 16:51
0 Şərh     Baxış: 1 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər Prokurorluğu "Vulkan" otelində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

Milli.Az-ın Baş Prokurorluğunun saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, noyabrın 20-də saat 21:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Vulkan" otelinin hamam otağında 1979-cu il təvəllüdlü, Kürdəmir rayon sakini Şükürova Afaq Rafiq qızının boğaz nahiyəsində stranqulyasiya şırımı xəsarəti ilə müşayiət olunan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı şəhər hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovanın əmisi oğlu, 1989-cu il təvəllüdlü Ağamaliyev Asim Rasim oğlu tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Cinayətin törədilməsində şübhəli bilinən A.Ağamaliyev tutularaq istintaqa cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.