Kriminal

Bakının məşhur xəstəxanasında ürək parçalayan faciə

25 Noyabr 2014 11:18
8 Şərh     Baxış: 12 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əzablara və ağrılara dözməyərək həyatdan gedənlər əslində həyata ümidi itən insanlardır. Günah isə intiharı seçənlə bahəm, vaxtında anlamayan, soyuqqanlı qalan, yardım etməyən bizdədir.

Belə faciənin biri də dünən Bakının məşhur xəstəxanalarından birində baş verib. Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə alan Şahlar Zeynalov ağrı və dərdlərdən xilası həyatdan getməkdə görüb. O, özünü dəhşətli bir formada öldürüb, müalicə olunduğu xəstəxananın pəncərəsindən atıb. Hündürlükdən düşən kişi yerində keçinib.

Xətai Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Ş.Zeynalov xərçəng xəstəsi olub. Başından bir neçə dəfə əməliyyat olunsa da, dərd ondan əl çəkməyib. Kəskin ağrılar isə onu həyatından küsdürüb və ölümünü əzabdan qurtuluş yolu kimi seçib.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.