Kriminal

Azərbaycanda müəllimin boğazını şagirdlərin gözü qarşısında kəsdilər - TƏFƏRRÜAT

22 Noyabr 2014 14:35
1 Şərh     Baxış: 4 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəkidə orta məktəb müəlliminin şagirdlərin gözü önündə qanına qəltan edilməsinin təfərrüatları bəlli olub. 

Anspress-in məlumatına görə, dünən 38 yaşlı Validə Zamanova dərsə gedərkən keçmiş həyat yoldaşı Vüqar ona hücuma edib. Kişi qadını bıçaqlayıb. Onun ağzını bıçaqla cırıb və onu yerə yıxıb. Daha sonra keçmiş həyat yoldaşı müəllimin boğazını kəsib.

Bu hadisə məktəbin həyətində baş verib. Müəllimin şagirdləri və digər müəllimlər haraya yetişiblər. Onlar Vüqarı zərərsizləşdiriblər. Bu səbəbdən də, kişi keçmiş arvadının başını kəsə bilməyib.

Qeyd edək ki, Validə Zamanova ilə Vüqar ailəli olublar. Onların bu nikahdan bir qızları var. Onlar arasında narazılıq yaranıb və boşanıblar. Boşanan zaman kişi qadını döyüb. Bu səbəbdən də, müəllim polisə şikayət edib. Həyat yoldaşını döydüyü üçün kişi həbs edilib. Onun bu yaxınlarda həbsdən çıxdığı bildirilir.

Keçmiş arvadını bıçaqlayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.