Kriminal

Azərbaycanda polis sürücünü döydü?

22 Noyabr 2014 12:34
0 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücü rayon prokurorluğuna şikayət edib

Ağcabədidə polislə sürücü arasında yaranan narazılıq qalmaqalla nəticələnib.

Bu barədə anspress-in "qaynar xətti"nə bildiriblər.

Verilən məlumata görə, Ağcabədi rayonu ərazisində Rafiq Nadir oğlu Nəzərov polis tərəfindən saxlanılıb. Polis ondan sənədlərini tələb edib. Lakin Rafiq Nəzərovun sənədləri olmayıb.

Bu zaman polis onun avtomobilini cərimə meydançasına aparmaq istəyib. Lakin sürücü onlara mane olub. Arada yaranan mübahisə zamanı sürücü ilə polis arasında dava düşüb.

Verilən məlumata görə, R.Nəzərov polis tərəfindən döyülüb. Bu barədə vətəndaş rayon prokurorluğuna şikayət edib.

Ağcabədi rayon prokurorunun böyük köməkçisi Ələstun Quliyev anspress-ə açıqlamasında bildirib ki, Rafiq Nadir oğlu Nəzərov həqiqətən də prokurorluğa şikayət edib. O, açıqlamasında bildirib ki, hazırda şikayət araşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.