Kriminal

Bakının məşhur motelində bitən sevgi, xəyanət, namus - FACİƏ

21 Noyabr 2014 15:16
20 Şərh     Baxış: 16 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının məşhur motelində ilk olaraq qətlə yetirildiyi, sonra isə intihar etdiyi üzə çıxan qadının işi ilə bağlı ölümü kölgədə qoyacaq faktlar ortaya çıxıb

Binəqədi şossesində yerləşən "Vulkan" motelindəki hadisənin pərdəarxası sirlərini Milli.Az öyrənib. Bu gecə "Vulkan" motelindəki otaqlardan birində Kürdəmir rayon sakini, 35 yaşlı Afaq Şükürovanın asılmış meyiti tapılıb. Meyiti hamam otağından qadının qohumu, əmisi oğlu Asif Ağamalıyev tapıb.

Qadının intihar, yaxud qətlə yetirilməsi ilə bağlı qaranlıq məqamlar da yaranmışdı. Binəqədi rayon Prokurorluğu Milli.Az-a A.Şükürovanın özünü motelin hamamında xalatının kəməri ilə asması ilə bağlı məlumat verərək hadisə barədə şayiələrə son qoydu.

Əsas hadisələr isə ölümə qədər baş verib. A.Şükürova bir neçə gün əvvəl ərini və iki uşağını ataraq əmisi oğlu Asifə qoşularaq Bakıya qaçıb. Elə o vaxtdan moteldə qalıblar. Dünən isə özünü asıb. Qadının intiharının səbəbsiz olmadığı məlumdur, istintaq sirri olduğundan bu barədə açıqlama verilmir.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.