Kriminal

Bakıda həbsdən yeni çıxan kişi arvadını qətlə yetirdi - YENİLƏNİB - VİDEO

21 Noyabr 2014 20:06
18 Şərh     Baxış: 7 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Səbail rayonunda qətl törədilib


20:06


Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA TV-yə verdiyi məlumata görə, Salyan rayonunda anadan olmuş, 1977-ci il təvəllüdlü Münəvvər Mirhəbib qızı Miriyeva ötən gün saat 21 radələrində rayonun Bədəlov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisə yeri Səbail Rayon Prokurorluğunun, polis idarəsinin əməkdaşları və ekspertlərin iştirakı ilə müayinə edilib. Aparılan araşdırmalardan sonra hadisəni törədən şəxsin mərhumun həyat yoldaşı olduğu müəyyən edilib. Qadına 4 bıçaq zərbəsi vuran əvvəllər dəfərlərlə məhkum olunmuş 1972-ci il təvəllüdlü Əliyev Elmar Salman oğlu hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Sonuncu dəfə dələduzluq maddəsi ilə məhkum olunan E.Əliyev bu il azadlığa çıxıb. Onların iki azyaşlı övladı var.

Mərhum Minəvvər Miriyeva onun 2-ci həyat yoldaşıdır. Saxlanılan şəxsin 1-ci evliliyindən isə 3 övladı var.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


---------
13:37

Ötən günün faciəvi və kriminal ölümləri arasında qadınların sayı artıb. Belə bir kriminal ölüm Bakının Səbail rayonunda olub.


Ötən gecə 37 yaşlı Münəvvər Miriyeva öldürülüb. Onu naməlum şəxs bıçaqla qətlə yetirərək qaçıb.

Səbail Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Anar Məmmədov
Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.