Kriminal

Mağazadan 13 min manat dəyərində qızıl- zinət əşyaları oğurlandı

30 Oktyabr 2014 19:40
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəmkirdə oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs Şəmkir şəhəri mərkəzi bazarına daxil olaraq orada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan rayon sakini, 58 yaşlı Nazənin Allahverdiyevanın etibarından sui-istifadə edərək ona məxsus 12.095 manat dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyalarını gizli talayıb.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, oğurluq zamanı xüsusi ustalıq nümayiş etdirən həmin şəxs üzərində milli pulun olmadığını valyuta dəyişmə məntəqəsində pulu dəyişdirərək geri dönəcəyini bildirib. Bir qədər gözləyən satıcı sonradan aldadıldığını başa düşüb. Dərhal hadisə ilə Şəmkir rayon Polis Şöbəsinə məlumat verib.
Hazırda polis həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat axtarış tədbirlərini davam etdirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.