Kriminal

Mağazanı qarət edib, sonra yandırıblar

30 Oktyabr 2014 17:12
0 Şərh     Baxış: 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yevlaxda qarət etdiyi mağazanı yandıran şəxslər tutulublar. Milli.Az El TV-yə istinadən xəbər verir ki, Yevlax Rayon Polis Şöbəsindən verilən məlumata görə, oktyabrın 15-ə keçən gecə rayonun Aşağı Bucaq kəndində Elnur Kərimova məxsus mağazada yanğın baş verib.

Nəticədə 12 kv/m sahədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları qismən yanıb. Aparılan araşdırmalar zamanı mağazadan Havarlı kənd sakinləri Elçin İsgəndərovAsif Nəsibov tərəfindən ərzaq məhsullarının oğurlanması və sonradan yandırılması müəyyən edilib. Onlar tutulublar. Asif Nəsirovun evinə baxış zamanı 2 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.