Kriminal

İnstitutunun direktor müavini məhkəmə zalında həbs edildi

30 Oktyabr 2014 16:15
0 Şərh     Baxış: 2 395
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədov və Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N.Süleymanov məhkəmə zalında həbs olunub və 8 il müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza ilə cəzalandırılıb.

Qeyd edək ki, onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə) maddələri ittiham ediliblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.