Kriminal

Bakıda gənclər arasında qanlı dava: ölən var

24 Oktyabr 2014 18:01
0 Şərh     Baxış: 2 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisənin səbəbi məlum deyil

Bakıda qətl hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Maştağa qəsəbəsində, Savalan yeni yaşayış massivində "Göl" deyilən ərazidə qeydə alınıb.

Bakı şəhər sakinləri, 1996-cı il təvəllüdlü Asim Etibar oğlu Bünyatov və 1994-cü il təvəllüdlü Yarəli Ağadadaş oğlu Dadaşov aralarında yaranan münaqişə zəminində 1992-ci il təvəllüdlü Röyal Müzəffər oğlu Nəcəfova çoxsaylı bıçaq zərbələri yetirərək qətlə yetiriblər.

Hadisəni törədən şəxslər tutulub.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi alıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.