Kriminal

Bakıda başı kəsilən qız məmur övladı imiş

23 Oktyabr 2014 16:24
19 Şərh     Baxış: 19 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bacısı tərəfindən qətlə yetirələn 19 yaşlı qızın meyiti Şəkiyə aparılıb

Teleqraf.com xəbər verir ki, Günel Nuriyeva bu gün saat 17:00-da Şəkidə dəfin olunacaq.

Məlumata görə, Günel Nuriyevanın atası Etibar Nuriyev 2004-2009-cu illərdə Şəki şəhər Bələdiyyəsinin sədri olub.

Hazırda Etibar Nuriyev bələdiyyədə torpaq şöbəsinin müdiri vəzifəsində çalışır.

Etibar Nuriyev "Şərq Şirniyyatı" ASC-nin sədr müavini olub. Bundan əlavə o, "Marxal" istirahət mərkəzində mühasib vəzifəsində də çalışıb.

Qeyd edək ki, hadisə oktyabrın 22-də Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib. Günel Nuriyeva bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. Pərvanə bacısının başını kəsərək öldürüb.
Günel Nuriyeva Asəf Zeynallı adına Musiqi Məktəbində 1-ci kursda təhsil alıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.