Kriminal

Bakıda tələbə qızın başını kəsdilər - YENİLƏNİB - VİDEO - TƏFƏRRÜATLAR

22 Oktyabr 2014 22:08
24 Şərh     Baxış: 22 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bacıları tələbə qızın kirayə qaldıgı evdə meyitini tapıb
22:08

Bakıda evində başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, qətl hadisəsi törədilən zaman Günel Nuriyeva evdə tək olub. Qətl hadisəsi günorta saatlarında baş verib. Verilən məlumata görə, əslən Şəki rayonundan olan G.Nuriyeva yaşadığı evdə bacıları ilə birlikdə kirayə qalırmış. Onların hər üçünün tələbə olduğu bildirilir.

G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

--------
19:41

Bakıda dəhşətli qətl törədilib.

Milli.Az bildirir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb.
 
Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.
 
Polisdən, həmçinin bildirilib ki, qətlə yetirilən G.Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
 
Faktla bağlı cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışlar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.