Kriminal

İrandan Azərbaycana "narkotik axını" davam edir - FOTO

21 Oktyabr 2014 15:45
0 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrandan Azərbaycana 2 kq-dan artıq narkotik vasitələr gətirmək və satmaq cəhdlərinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub və müəyyən edilib ki, İran vətəndaşı Səfər Abdullahivənd adlı şəxs Azərbaycana qaçaqmalçılıq yolu ilə göndərdiyi narkotik vasitəni ölkə ərazisində özünün satış ortağı vasitəsilə realizə edəcək.

Keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax magistralının 70-ci km-də Azərbaycan Coşqun Şahlar oğlu Abbasov özü ilə gətirdiyi narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb, Biləsuvar Gömrük İdarəsinin inzibati binasında C.Abbasovun satmaq istədiyi sellofan torbaya baxış keçirilibr. Baxış zamanı sellofan torbanın içərisində olan 2 ədəd gümüşü rəngli, dördbucaqlı formada olan bağlamalarda ümumi xalis çəkisi 1 kiloqram 175 qram olan narkotik vasitə - həşiş qatranı aşkar edilib.

Bundan başqa, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Esmaeılpour Meshkanbar Bahman Gholamalı oğlunun idarə etdiyi "Samand" markalı, 33 D 357-10 dövlət qeydiyyat nişanlı minik avtomobilinə Biləsuvar Gİ-nin "Reks" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

Baxış zamanı xidməti itin reaksiyasına əsasən avtomobilin ön panelinin orta hissəsində yerləşən havalandırma sisteminin hava axını qurğusunun sağ tərəfində olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqdan gömrük nəzarətindən gizlədilmiş, 1 ədəd şəffaf sellofana qablaşdırılmış, xalis çəkisi 950 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.