Kriminal

Bakıda 29 yaşlı kişi bıçaqlandı

21 Oktyabr 2014 10:54
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bıçaqlanma hadisəsi baş verib

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 22.15 radələrində rayonun Şıxəli Qurbanov küçəsi-5 ünvanın qarşısında qeydə alınıb.

Quba rayonunun İkinci Nügədi kəndində qeydiyyatda olan, 1985-ci il təvəllüdlü Orxan Rövşən oğlu Nurməmmədov naməlum şəxs və ya şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb. O. Nurməmmədov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hazırda hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.