Kriminal

Azərbaycanda ər arvadını bıçaqla xəstəxanada qətlə yetirib

20 Oktyabr 2014 22:04
10 Şərh     Baxış: 1 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hacıqabul rayon mərkəzi xəstəxanasında ər arvadını bıçaqla qətlə yetirib.

APA-ya Hacıqabul rayon prokurorluğundan verilən məlumata görə, hadisə bu gün iş gününün sonunda, saat 17.30 radələrində xəstəxananın foyesində baş verib.

Hacıqabul sakini əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Əhmədov İslam Abxan oğlu həyat yoldaşı 1963-cü il təvəllüdlü Əhmədova Bacxanım Məlik qızını 4 bıçaq zərbəsi ilə qətlə yetirib. Sonuncu ürək aortasının kəsilmiş yarası, döş qəfəsinin arxa hissəsindən, sol qoltuğunun altından və bazu nahiyəsindən aldığı bıçaq yaralarından hadisə yerində dünyasını dəyişib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Bildirilir ki, Bacxanım Əhmədova Hacıqabul rayon mərkəzi xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışıb.

Tibb bacısının iş yoldaşlarının bildirdiyinə görə, onun həyat yoldaşı tüfeyli həyat tərzi yaşayırdı. Bu səbəbdən B.Əhmədova məhkəməyə boşanma ərizəsi ilə müraciət edib. Ehtimal olunur ki, qətl də elə bu zəmində baş verib.

Qətli törədən İslam Əhmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.