Kriminal

Goranboy qətliamına görə polislər cəzalandırıldılar?

19 Oktyabr 2014 13:42
0 Şərh     Baxış: 2 110
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Goranboyun Safıkürd kəndindən baş vermiş qətliamdan 18 gün keçməsinə baxmayaraq, hələ də Rafiq Hüseynovun ailəsinin yaşadığı evin qarşısında polis mühafizəsi götürülməyib.
 
Milli.Az bildirir ki, bu barədə axar.az-a Safıkürd kənd sakinləri məlumat veriblər.
 
Məlumatda polisin gərgin iş rejimində işlədiyi və evi 24 saat ərzində müdafiə etdiyi bildirilib. Sakinlər həmçinin Rafiq Hüseynovun ailəsinin də Safıkürdə geri dönmədiyini söyləyiblər. Onların hələlik Goranboyda yerləşən başqa bir kənddə qohumlarının evlərində məskunlaşdıqları deyilib. Ailənin geriyə dönməməsinin əsas səbəbinin isə onlara qarşı hələ də kənd sakinlərinin qəzəbinin itməməsi olduğu bildirilib. Safıkürd əhalisinin ailənin ümumiyyətlə kənddən tamamilə getməsini istədiyi vurğulanıb.
 
Goranboydakı digər bir mənbə isə Safıkürd polis sahə rəisi, polis kapitanı Elxan Fərəcovun artıq vəzifədən azad olunduğunu söyləyib. O, buna əsas səbəb kimi Safıkürddə baş vermiş ailə faciəsinin səbəb olduğunu deyib. Mənbə eyni zamanda bir neçə polis zabitinə və yüksək vəzifəli şəxslərə kənddə baş vermiş hadisələrlə əlaqədar töhmət verildiyini də vurğulayıb. Hazırda "Safıkürd qətliamı"nın polis tərəfindən çox ciddi şəkildə araşdırıldığı deyilib.
 
Qeyd edək ki, Goranboy rayon sakini Rafiq Müzəffər oğlu Hüseynov qaynatasının evinə silahlı hücum edib. Kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Buna səbəb evləndiyi qızın mübahisə etdikdən sonra atası evinə getməsi və geri qayıtmaması olub.
 
Hadisə zamanı ölənlər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur. 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə yaralanıb.
 
Onu da xatırladaq ki, kənd sakinləri bir müddət öncə Rafiq Hüseynovun ailəsinin Safıkürddən çıxarılması üçün imzatoplama aksiyasına başladıqları bildirilmişdi.
 
P.S. Onu da vurğulayaq ki, məsələni dəqiqləşdirməkdən ötrü kəndin sahə müvəkkili Elxan Fərəcovla əlaqə saxlasaq da o, hadisə ilə heç bir məlumat verə bilməyəcəyini deyib telefonu üzümüzə qapatdı. Daha sonra isə onunla bağlantı yaratmaq cəhdlərimizin hər biri uğursuzluqla nəticələndi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.