Kriminal

Goranboyda öldürülən 7 nəfər torpağa tapşırıldı - FOTO

2 Oktyabr 2014 11:19
5 Şərh     Baxış: 4 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Goranboydakı dəhşətli olay zamanı öldürülən 7 nəfər torpağa tapşırılıb

"Qafqazinfo" xəbər verir ki, meyitlər məhkəmə tibbi ekspertiza tərəfindən müayinə edildikdən sonra ailələrinə təhvil veriliblər.

Ailə yaşadıqları Səfikürd kəndinin qəbristanlığında basdırılıb.

Qeyd edək ki, oktyabrın 1-i səhər saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy RPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.