Kriminal

Özünü və evlənmək istədiyi qızı avtomobildə yandıran şəxslə bağlı rəsmi məlumat

1 Oktyabr 2014 13:54
5 Şərh     Baxış: 2 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sumqayıt şəhər sakini münaqişə zəminində avtomobildə özünün və evlənmək istədiyi qızın üzərinə benzin tökərək yandırıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi "Mercedes" markalı avtomobilə oturdub Bakı-Quba yolunun 40-cı km-nə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində M.Yaqubov avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.